Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında memorandum

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında memorandum

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMADA-dan daxil olub.

Xəbərdə bildirilir ki, “memorandumu AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və UzNADA-nın direktoru Abdüşükür Sadıqov imzalayıb. Memorandum antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.