Press "Enter" to skip to content

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

KOBİA

BAYRAQDAR MEDİA – “Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 14 müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 282-yə çatıb.

KOBİA-dan bildirilib ki, “Startap” şəhadətnamələri “İşhesabı” MMC-nin bulud əsaslı ERP (müəssisə resurslarının idarəetmə sistemi) platforması, “Bonfi” MMC-nin rəqəmsal imtiyazlar həlli, “Qalan” MMC-nin məktəblilər üçün riyaziyyat təmayüllü onlayn təhsil platforması, “Splus az” MMC-nin ağıllı bina idarəetmə və sakinlərə xidmət platforması, “Vexvon” MMC-nin süni intellekt əsaslı müştəri kommunikasiya və satış avtomatlaşdırma platforması, “Anacan” MMC-nin qadınlar üçün rəqəmsal bələdçi, “Chevvick Solutions” MMC-nin mobil ödəniş platforması, “Too Far Logistics and Consulting” MMC-nin kommersiya təşkilatları arasında müqavilə münasibətlərinin elektron idarəedilməsi, imzalanması və arxivləşməsi platforması, “S2 Studio” MMC-nin mobil restoran rezervasiya platforması, “Viralix” MMC-nin süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam idarəetmə platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.