Press "Enter" to skip to content

Enerji və ətraf mühit üzrə beynəlxalq simpozium

Doğu Akdeniz Universiteti

BAYRAQDAR MEDİA– Doğu Akdeniz Universiteti 17-ci Beynəlxalq Ekserji, Enerji və Ətraf Mühit Simpoziumuna ev sahibliyi edərək dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssisləri Lefkoşada bir araya gətirib. Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və təmiz enerji texnologiyaları kimi aktual mövzular müzakirə olunub.

Universitetin məlumatına əsasın simpoziumun açılışında çıxış edən professor Uğur Atikol tədbirin 2005-ci ildən bəri davam edən zəngin tarixə malik olduğunu vurğulayıb: “O bildirib ki, enerji sistemlərində itkilərin minimuma endirilməsi daha səmərəli və dayanıqlı nəticələr əldə etməyə imkan verir. Universitetin rektoru professor Hasan Kılıç isə enerji və ətraf mühit məsələlərinin müasir dövrdə inkişaf və milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. O, təmiz enerji texnologiyalarına keçidin və Türkiyənin enerji dəhlizlərindəki rolunun xüsusi önəm kəsb etdiyini bildirib. Simpozium çərçivəsində Kanada və Avstriyanın aparıcı universitetlərinin alimləri müxtəlif mövzularda məruzələrlə çıxış ediblər”.

Tədbirdə enerji səmərəliliyi, bərpa olunan enerji sistemləri, enerji siyasəti və qabaqcıl texnologiyalar üzrə çoxsaylı elmi təqdimatlar keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.