Son yeniləmə: 8 İyun 2026
BAYRAQDAR MEDİA – “Bakıda Azərbaycan Milli Məclisinin deputatı Azər Allahverənov ilə keçirdiyimiz səmərəli görüşdə əməkdaşlığımızın başlanğıcı üçün ilkin mərhələdə bır sıra istiqamətlər üzrə müzakirələr apardıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində KKTC-də faəliyyət göstərən Kıbrıs Türk Girişimçi Qadınlar Dərnəyinin (GİKAD) üzvü, GİKAD koopetavinin İdarə Heyətinin üzvü Gülnur Sadıkoğlu deyib. Onunla müsahibəni yaxın günlərdə təqdim edəcəyik.
O, qeyd edib ki, birinci istiqamət qadın sahibkarlığı: “Bura qarşılıqlı əməkdaşlıq çərçivəsində sahibkarlığın inkişaf etdirilməsi, qadın kooperativlərinin istehsal etdiyi mədəni məhsulların satışına dəstək məqsədilə birgə layihələrin həyata keçirilməsi daxil ola bilər. Daaha bir istiqamət Yaşıl Məktəblər Layihəsidir ki, bura uşaqlarda və gənclərdə ekoloji şüurun formalaşdırılması və daha yaşanılabilir dünyanın qurulması naminə ortaq fəaliyyətlərin təşkili daxil ola bilər. Nəhayyət, üçüncü, mentorluqdur ki, bura iş adamları ilə gənclər arasında mentor-menti əlaqələrinin qurulması, təcrübə mübadiləsinin və iş bacarıqlarının inkişaf etdirilməsi, bununla da qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi daxil ola bilər”.
G.Sadıkoğlu onu da deyib ki, Azərbaycandakı qadın QHT-ləri ilə illər öncə qurduqları körpüsü bu gün Türk Dövlətləri Təşkilatının çətiri altında daha da güclənərək yeni əməkdaşlıq imkanları yaradır: “KKTC-dən gələn bir qadın hərəkatı olaraq GİKAD və kooperativimiz GİKAKOOP sahibkarlığın inkişafına dəstək verən, ənənəvi istehsalın gələcək nəsillərə ötürülməsini təmin edən, təhsil, texnologiya və ətraf mühit sahələrində fəaliyyət göstərən qurumlar kimi əməkdaşlıqlarımızı daha da genişləndirəcəyimizə qəti şəkildə inanırıq. Gələcəkdə birgə təhsil modullarının hazırlanması və regional qadın forumunun təşkili kimi mühüm addımların atılması mümkündür”.






İlk şərhi yaza bilərsiniz