Press "Enter" to skip to content

Naxçıvanda vergi daxilolmaları artıb

Naxçıvan

BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar – may aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 faiz və ya 2,3 milyon manat çoxdur.

Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.

Bildirlib ki, qeyri-dövlət sektorundan daxilolmalar 69,4 milyon manat təşkil edib: “2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,3 faiz və ya 5,3 milyon manat artıb. Ödənilən vergilərin 70,6 faizi qeyri-dövlət sektorunun, 29,4 faizi isə dövlət sektorunun payına düşüb”.

Məlumata əsasən, 2026-cı ilin yanvar – may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 2 milyon manata yaxın olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.