BAYRAQDAR MEDİA – “Azərbaycanda türk dünyası ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyəti təqdirəlayiqdir. Bu istiqamətdə Ortaq Dəyərlər İctimai Birliyi və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi kimi qurumların fəaliyyətini xüsusi olaraq qeyd edə bilərik. O mənada ki, bu cür təşkilatlar “ortaq dəyərlər” prinsipi əsasında fəaliyyət göstərdikləri üçün QHT əməkdaşlığı üçün ən əlverişli platformalardan birini yaradırlar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində KKTC-də faəliyyət göstərən Kıbrıs Türk Girişimçi Qadınlar Dərnəyinin (GİKAD) üzvü, GİKAD koopetavinin İdarə Heyətinin üzvü Gülnur Sadıkoğlu deyib. Onunla müsahibəni yaxın günlərdə təqdim edəcəyik.
G.Sadıkoğlu hesab edir ki, bu cür tərəfdaşlıqlar aşağıdakı layihələrin həyata keçirilməsinə şərait yarada bilər:
Ortaq mədəni irsin rəqəmsallaşdırılması: Əlyazmaların, şifahi tarix nümunələrinin və ənənəvi sənətkarlıq irsinin rəqəmsal arxivinin yaradılması.
Gənclərin mübadilə və könüllülük proqramları: Türk dünyası gənclər düşərgələrinin təşkili, ətraf mühitin qorunması istiqamətində könüllülük fəaliyyətlərinin genişləndirilməsi.
Birgə müdafiəçilik fəaliyyəti: Ətraf mühitin mühafizəsi, mədəni hüquqların qorunması və digər sahələr üzrə regional hesabatların və kampaniyaların hazırlanması.
O, qeyd edib ki, bu əməkdaşlıqlar yalnız mədəni əlaqələrin inkişafına deyil, eyni zamanda ölkələr arasında qarşılıqlı etimadın və insanlararası münasibətlərin möhkəmlənməsinə xidmət etdiyi üçün diplomatik əlaqələrin inkişafına da mühüm töhfə verir.






İlk şərhi yaza bilərsiniz