BAYRAQDAR MEDİA – Qafqaz Universitetində fəaliyyət göstərən Bizzkraft İşletmə Klubu universitet–sənaye əməkdaşlığının inkişafı məqsədilə MÜSİAD Qars şöbəsinin sədri Bülent Samarazla görüş keçirib. Klub nümayəndələri professor Alpaslan Yücenin rəhbərliyi ilə baş tutan görüşdə regionun iqtisadi potensialı və gənclərin məşğulluğu ilə bağlı məsələləri müzakirə ediblər.
Universitetin məlumatına əsasən, tərəflər yerli sahibkarlıq mühitinin inkişafı və ortaq layihələrin həyata keçirilməsi imkanlarını dəyərləndiriblər.
Görüş zamanı nəzəri biliklərin istehsalat və biznes mühitində tətbiqi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Klubun gələcək layihələri barədə də geniş müzakirələr keçirilib. Bizzkraft rəhbərliyi gənc sahibkarlara göstərdiyi dəstəyə görə MÜSİAD Qars şöbəsinə təşəkkür edib. Bildirilib ki, bu cür görüşlər gələcəyin iş adamlarının formalaşması üçün mühüm motivasiya mənbəyidir. Klub bundan sonra da iş dünyasının aparıcı nümayəndələri ilə birgə layihələr həyata keçirmək niyyətində olduğunu vurğulayıb.






İlk şərhi yaza bilərsiniz