Press "Enter" to skip to content

Çanakkalede Bakı Türkologiya Qurultayından danışılıb

Son yeniləmə: 9 İyun 2026

BAYRAQDAR MEDİA – Çanakkale Onsəkkiz Mart Universitetində Beynəlxalq Türk Akademiyası ilə birgə “1926-cı il Bakı Türkologiya Qurultayının baxışı və Beynəlxalq Türk Akademiyası” adlı proqram təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, Beynəlxalq Türk Akademiyasının nümayəndələri, alimlər, tədqiqatçılar və çoxsaylı tələbələr iştirak ediblər.

Bu barədə ali təhsil ocağının məlumatında qeyd edilib.

Bildirilib ki, universitetin rektoru Prof. Dr. R. Cüneyt Erenoğlu çıxışında türk dünyasının ortaq tarixi, mədəni və elmi irsinin gələcək nəsillərə çatdırılmasında beynəlxalq əməkdaşlığın strateji əhəmiyyət daşıdığını deyib.
Beynəlxalq Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev isə 1926-cı ildə Bakıda keçirilən Türkologiya Qurultayının Türk xalqlarının elmi və mədəni inkişafı baxımından tarixi əhəmiyyətini vurğulayıb. O, bu gün də türk dünyasında ortaq elmi layihələrin və akademik həmrəyliyin genişləndirilməsinin vacibliyini qeyd edib.

Açılışdan sonra “1926-cı il Bakı Türkologiya Qurultayının baxışı” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə Türkologiya elminin tarixi inkişaf mərhələləri, müasir əməkdaşlıq imkanları və Bakı Qurultayının bugünkü elmi mühitə təsiri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçıların böyük maraq göstərdiyi tədbir sual-cavab sessiyası və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.