Press "Enter" to skip to content

Müsabiqənin nəticələri açıqlanıb

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib. Test imtahanında ümumilikdə 2.475 nəfər iştirak edib, onlardan 757 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.

DVX-dən verilən məlumata görə, bu mərhələdə iştirak etmiş daha 112 namizəddən 83-ü müsabiqəni uğurla başa vurub. Uğur qazanan namizədlər 2 il müddətinə DVX-nin kadr ehtiyatına daxil ediliblər. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.