Press "Enter" to skip to content

Bəzi ərazilər hərbi zona elan edildi

Eskişehir

BAYRAQDAR MEDİA – Eskişehirin Odunpazarı Bələdiyyə Məclisi Çankaya məhəlləsində yerləşən bəzi torpaq sahələrinin təyinatında dəyişiklik edib. Türkiyə Milli Müdafiə Nazirliyinin müraciəti əsasında qəbul edilən qərarla əvvəlki planda bazar yeri və idman sahəsi kimi nəzərdə tutulan bəzi ərazilər “Hərbi Zona” statusu alıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, qərar bələdiyyə məclisində yekdilliklə təsdiqlənib: “Nazirliyin rəsmi müraciətində həmin dövlət torpaqlarının hərbi məqsədlər üçün istifadəsinə ciddi ehtiyac olduğu bildirilib. Sənəddə qeyd olunub ki, idman sahəsinin bir hissəsində Gənclər və İdman Nazirliyi tərəfindən tikinti işləri davam etsə də, boş qalan hissənin Milli Müdafiə Nazirliyinə verilməsinə razılıq əldə olunub. Dəyişiklik nəticəsində bazar yerinin tam ərazisi və idman sahəsinin bir hissəsi hərbi təyinatlı istifadəyə ayrılıb. Bu addımın nazirliyin logistika ehtiyaclarının qarşılanmasına xidmət etdiyi bildirilib”.

Qərarın bölgənin gələcək şəhərsalma planlarına da təsir göstərəcəyi qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.