BAYRAQDAR MEDİA – Türkiyədə milyonlarla abituriyent iki həftədən sonra keçiriləcək universitet imtahanına hazırlaşarkən, Eskişehir şəhərində ən çox üstünlük verilən ixtisaslar da maraq doğurur. Şəhərdə fəaliyyət göstərən üç universitet arasında xüsusilə Eskişehir Texniki Universitetinin Pilotaj ixtisası ən yüksək bal tələb edən proqramlardan biri hesab olunur.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, təxminən ilk iki minlik sıralamaya malik olan bu ixtisas dövlət universitetlərində pilot hazırlayan nadir proqramlardan olduğu üçün yüksək məşğulluq imkanları yaradır.
İkinci sırada Eskişehir Osmanqazi Universitetinin Tibb fakültəsi və Eskişehir Texniki Universitetinin Təyyarə Mühəndisliyi ixtisası qərarlaşıb. Kompüter və Proqram Mühəndisliyi də 40-50 minlik uğur sıralaması ilə tələbələrin əsas seçimləri arasındadır. Humanitar istiqamətdə isə Hüquq və Psixologiya fakültələri ən çox maraq göstərilən ixtisaslar sırasında yer alır.
Anadolu Universitetinin Xüsusi Təhsil Müəllimliyi proqramı yüksək akademik göstəriciləri ilə seçilir və ilk 3500-lük sıralamada qərarlaşır.
Son illərdə populyarlığı artan Qastronomiya və Kulinariya Sənətləri ixtisasları da həm Anadolu, həm də Osmanqazi universitetlərində yüksək ballarla tələbə qəbul edir. Mütəxəssislər hesab edirlər ki, əmək bazarının tələblərinə uyğun bu ixtisaslar gələcəkdə də ən çox seçilən sahələr sırasında qalacaq.






İlk şərhi yaza bilərsiniz