Press "Enter" to skip to content

Özbəkistana məhsuldar səfər

Görüşdən foto

Yılmaz Okuklu: Keçirilən görüşlər zamanı yeni əməkdaşlıq layihələri ətrafında geniş müzakirələr aparılıb

BAYRAQDAR MEDİA – Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu qardaş Özbəksitanda səfərdədir. Səfərdə məqsəd ikitərəfli əməkdaşlıqlarla bağlı yeni addımıarın atılmasıdır.
İyunun 9-da Yılmaz Okuklu Daşkənddə Özbəkistanın tekstil, dəri və ayaqqabı sənayesinin inkişafında mühüm rol oynayan Uztextileprom və Uzcharmsanoat birliklərinin dəyərli rəhbərləri ilə səmərəli görüşlər keçirib.

Bu barədə o, sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Paylaşımda Yılmaz Okuklu Uztextilepromun sədri Muhammadjon Jumaniyazova və Uzcharmsanoatın sədri Khusen Rajabova səmimi qəbulları, qonaqpərvərlikləri və konstruktiv fikir mübadiləsinə görə təşəkkürüni bildirib.

Qeyd edilib ki, keçirilən görüşlər zamanı Türk Ticarət Mərkəzinin türk dünyası ölkələri arasında formalaşdırdığı iqtisadi əməkdaşlıq şəbəkəsi, tekstil və dəri sənayesində birgə investisiya imkanları, ixracın inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni əməkdaşlıq layihələri ətrafında geniş müzakirələr aparılıb: “Türk Ticarət Mərkəzi olaraq əsas məqsədimiz Türkiyə ilə Özbəkistan başda olmaqla türk dövlətləri arasında ticarət, iqtisadi və sənaye sahələrində əməkdaşlığı daha da gücləndirmək, istehsalçıları, investorları və ixracatçıları vahid platformalarda bir araya gətirməklə Türk dünyasının iqtisadi inteqrasiyasına töhfə verməkdir. İnanırıq ki, bu mühüm təmaslar Türkiyə ilə Özbəkistan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və Türk dünyasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.