Press "Enter" to skip to content

ASA-da ABŞ nümayəndə heyəti ilə görüş

ASA-da ABŞ nümayəndə heyəti ilə görüş

BAYRAQDAR MEDİA – Azərbaycan İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ASA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qonaqlar MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə Akademiyada yaradılmış müasir tədris və elmi-tədqiqat infrastrukturu haqqında ətraflı məlumat verilib. Görüşdə rektor Fuad Hacıyev ASA-nın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışaraq bildirib ki, Akademiya ABŞ-nin aparıcı ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsində və uzunmüddətli tərəfdaşlıqların qurulmasında maraqlıdır”.

Ardınca xəbərdə, “E.Karlon isə elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. ASA ilə ABŞ-nin nüfuzlu ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq layihələrin birgə icrası istiqamətində fikir mübadiləsi aparıblar” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.