Press "Enter" to skip to content

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutacaq yarışda GİN, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi,Dövlət Miqrasiya Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları güclərini sınayacaqlar”.

İştirakçılar 1 və 2 nəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə ən güclüləri müəyyən edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.