BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar. Bildirilib ki, müəssisə 5-18 yaşlı əlilliyi olan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərir. Onlar burada sosial-məişət, sosial-pedaqoji, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb edilirlər”.
Sonra xəbərdə, “eləcə də uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır. Müəssisədə 173 uşağa xidmət göstərilir. Qeyd edək ki, hazırda Agentlik tərəfindən ümumilikdə 1 mindən çox uşaq stasionar və yarımstasionar formada müxtəlif xidmətlərlə təmin edilir. Onlardan 495 nəfəri əlilliyi olan uşaqlardır” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz