BAYRAQDAR MEDİA – Atatürk Universiteti ilə Yakutiyə Bələdiyyəsi arasında universitet şəhərciyinin sosial və mədəni infrastrukturunun gücləndirilməsinə dair əməkdaşlıq protokolu imzalanıb. Sənəd universitet rektoru professor Ahmet Hacımüftüoğlu və Yakutiyə Bələdiyyəsinin sədri Mahmut Uçar tərəfindən imzalanıb. Universitetin məlumatına görə, layihə çərçivəsində tələbələr, müəllimlər, əməkdaşlar və ziyarətçilər üçün yeni sosial və mədəni məkanların yaradılması nəzərdə tutulur. Məqsəd kampus həyatının keyfiyyətini artırmaq, sosial ünsiyyət imkanlarını genişləndirmək və universitetlə şəhər arasında inteqrasiyanı gücləndirməkdir.
Tərəflər gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.






İlk şərhi yaza bilərsiniz