BAYRAQDAR MEDİA – Kars Yaşılay Cəmiyyəti universitet gənclərini və əməkdaşlarını tütün məmulatlarının zərərlərindən qorumaq məqsədilə “Tüstüsüz Kampus” layihəsinin icrasına başlayıb. Layihə Türkiyə Səhiyyə Nazirliyi, Ali Təhsil Şurası və Türkiyə Yaşılay Cəmiyyətinin birgə hazırladığı tətbiq bələdçisi əsasında həyata keçiriləcək.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, bu çərçivədə Kars Yaşılay Şöbəsinin sədri Gamze İlgar Qafqaz Universitetinin Uzaqdan Təhsil və Araşdırma Mərkəzinin direktoru dosent Ezgi Pelin Yıldız ilə geniş müzakirələr aparıb. Görüşdə kampuslarda tütün istifadəsinin azaldılması və tüstüsüz mühitin genişləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. Həmçinin tələbə və əməkdaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və siqaret asılılığından xilas olmaq istəyənlər üçün dəstək mexanizmlərinin yaradılması planlaşdırılıb.
Tərəflər layihənin uğurla həyata keçirilməsi üçün qurumlararası əməkdaşlığın vacibliyini vurğulayıblar. Yaşılay təşkilatı layihəyə verdiyi dəstəyə görə universitet rəhbərliyinə və aidiyyəti əməkdaşlara təşəkkürünü bildirib.






İlk şərhi yaza bilərsiniz