Press "Enter" to skip to content

Müdafiə naziri Serbiyada səfərdədir

Müdafiə naziri Serbiyada səfərdədir

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə Azərbaycan nümayəndə heyəti Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini, eləcə də Milika Rakiçə həsr olunmuş memorial kompleksini ziyarət edib, önünə əklillər qoyub. Sonra səfərin proqramına əsasən Z.Həsənov Serbiyanın müdafiə naziri cənab Bratislav Qaşiç ilə görüşüb”.

Daha sonra xəbərdə, “Protokola uyğun olaraq təşkil edilən rəsmi qarşılanma mərasimdə hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib. Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib” deyə bildirilir.

Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən “Platinum Wolf – 2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.