BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “qəbul zamanı mənzilin təbii qaz təchizatı, elektrik enerjisi sərfiyyatı və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, EN tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib”.






İlk şərhi yaza bilərsiniz