Press "Enter" to skip to content

SXA əməkdaşları məhkumlarla görüşüb

SXA əməkdaşları məhkumlarla görüşüb

BAYRADQAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşları 2 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad edilməsinə üç ay qalmış 56 məhkumla görüşüblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşlər Agentliklə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında birgə tədbirlər planına əsasən və “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub. Məhkumlara Agentliyin fəaliyyət istiqamətləri, eləcə də cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası üçün qurumun gördüyü işlər barədə ətraflı məlumatlar verilib”.

Sonra xəbərdə, “bildirilib ki, SXA-nın mütəxəssisləri həmin şəxslərin ailələrinə səfərlər edərək, onların sosial xidmətlərə olan tələbatını qiymətləndirir. Qiymətləndirmədən sonra onlara ehtiyaclarına uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı göstərilir. Görüşlər zamanı məhkumları maraqlandıran suallar da cavablandırılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.