Press "Enter" to skip to content

Türk dünyasının gələcəyinə hesablanan layihə

Tədbirdən xatirə fotosu

Üçüncü Türk İnteqrasiya Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçirilən Üçüncü Türk İnteqrasiya Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi olub.

Tədbir zamanı
Tədbir zamanı

Şirkətlər Qrupundan verilən məlumata görə, tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, təhsil və media ictimaiyyətinin təmsilçiləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Türk dünyasını təmsil edən bayraqların səhnəyə gətirilib

Mərasim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin və Vətən uğrunda canından keçmiş şəhidlərin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbridən bir an
Tədbridən bir an

Tədbirdə Türk İnteqrasiya Olimpiadasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, həmçinin müxtəlif musiqi, rəqs və bədii kompozisiyalar təqdim edilib. Proqram çərçivəsində türk xalqlarının ortaq tarixi, mədəniyyəti və mənəvi dəyərlərini əks etdirən səhnə nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. “Yeddi Gözəl” rəqs kompozisiyası, Türk dünyası rəqsi və tarix qrupunun hazırladığı səhnəcik nümayiş etdirilib. Mərasimin yaddaqalan məqamlarından biri də türk dünyasını təmsil edən bayraqların səhnəyə gətirilməsi olub.

Şəmil Sadiq: Layihə türk xalqları arasında elm, təhsil və mədəni inteqrasiyanın dərinləşməsinə xidmət edir

Mərasimdə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, olimpiadanın ideya müəllifi Şəmil Sadiq layihənin türk xalqları arasında elm, təhsil və mədəni inteqrasiyanın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Bədii hissə
Bədii hissə

O bildirib ki, Türk İnteqrasiya Olimpiadası gənc nəslin ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şəmil Sadiq layihəyə göstərilən marağın ildən-ilə artmasının onun uğurunun göstəricisi olduğunu qeyd edib.

10 nəfər qızıl, 14 nəfər gümüş, 10 nəfər isə bürünc medala layiq görülüb

Daha sonra millət vəkilləri Elçin Mirzəbəyli və Ceyhun Məmmədov, TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Vüqar Məmmədov, eləcə də Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev çıxış edərək qalibləri təbrik edib, olimpiadanın türk dünyasının birliyinə, gənclər arasında əməkdaşlığın inkişafına və ortaq dəyərlərin təbliğinə verdiyi töhfələrdən danışıblar. Natiqlər iştirakçılara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar.

Qızıl Almanın sahibi bəlli oldu
Qızıl Almanın sahibi bəlli oldu

Bildirilib ki, bu il olimpiadaya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən ümumilikdə 3000-dən çox şagird qatılıb. Final mərhələsində isə 210 nəfər iştirak edib. Nəticələrə əsasən 10 nəfər qızıl, 14 nəfər gümüş, 10 nəfər isə bürünc medala layiq görülüb. Olimpiadanın ən yüksək mükafatı olan “Qızıl alma” mükafatına isə Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının şagirdi Arzu Hüseynli layiq görülüb.

Mükafatlandırma mərasimində qaliblərə medal, diplom və sertifikatlar təqdim edilib.

Tədbir çərçivəsind CASCFEN-in xüsusi hədiyyələri təqdim edilib

Tədbir çərçivəsində layihənin tərəfdaşlarından olan CASCFEN-in sədri Nadir Azəri və İdarə Heyətinin üzvü Qalib İbrahimoğlu tərəfindən olimpiadanın fəal iştirakçıları – Arzu Hüseynli, Tauyekel Nurken və Kaan Saraliyə təşkilatın xüsusi hədiyyələri təqdim olunub.

CASCFEN-in xüsusi hədiyyəsi təqdim edilərkən
CASCFEN-in xüsusi hədiyyəsi təqdim edilərkən

Qeyd edilib ki, CASCFEN gələcəkdə də ənənəsinə sadiq qalacaq.

Türk İnteqrasiya Olimpiadası yalnız bilik yarışı deyil

Şirkətlər Qrupundan verilən məlumatda o da qeyd olunub ki, iştirakçı sayının yüksək olması layihəyə marağın artdığını və olimpiadanın ölkə üzrə geniş vüsət aldığını göstərir. Türk İnteqrasiya Olimpiadası yalnız bilik yarışı deyil, eyni zamanda türk dünyası arasında inteqrasiyanı gücləndirən mühüm platforma kimi dəyərləndirilir. “Türk dünyası bizim ailəmizdir” ideyası əsasında həyata keçirilən layihə artıq regionda geniş coğrafiyanı əhatə edən nüfuzlu təşəbbüslərdən birinə çevrilib.

Tədbir iştirakçıları
Tədbir iştirakçıları

Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadasının icraçısı Hədəf Global şirkətidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.