BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri “Tanıma və güvən” layihəsi çərçivəsində “Buta Cup 2026” idman bal rəqsləri üzrə yarışda iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “valideyn himayəsindən məhrum olmuş 4-7 yaş arası 20 uşağı əhatə edən layihə onların özünüifadə bacarıqlarının, sosial ünsiyyətinin, özgüvən hissinin və emosional inkişafının dəstəklənməsi məqsədi daşıyır. Layihə çərçivəsində uşaqlarla mütəmadi olaraq idman, milli, bal və müasir rəqs elementlərini özündə birləşdirən məşğələlər keçirilib. Keçirilən məşğələlər nəticəsində əldə etdikləri bacarıqları nümayiş etdirmək imkanı qazanan uşaqlar “Buta Cup 2026” yarışında iştirak edərək səhnə təcrübəsi qazanıblar. Yarış uşaqların özlərinə inam hissinin artırılması və cəmiyyətə reinteqrasiyası baxımından xüsusi əhəmiyyətə malikdir”.
Sonda iştirakçılara diplom və hədiyyələr təqdim olunub.






İlk şərhi yaza bilərsiniz