Press "Enter" to skip to content

Xalq oyunları nümayiş etdirilib

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Xalq Elmləri Mərkəzinin Xalq Rəqsləri Kollektivi Eskişehir Osmanqazi Universitetinin təşkil etdiyi VI Universitetlərarası Xalq Rəqsləri Festivalında iştirak edib. Festivalda Türkiyənin müxtəlif universitetlərindən gələn kollektivlər öz bölgələrinə məxsus xalq rəqslərini təqdim ediblər.

Bu barədə universitetdən bildirilib.

Məlumata görə, Anadolu Universitetinin kollektivi isə Qaziantep bölgəsinin ənənəvi rəqslərini tamaşaçılar qarşısında uğurla ifa edib.

Tədbirin əsas məqsədi milli-mədəni irsin yaşadılması və gənc nəslə ötürülməsi olub. Festival çərçivəsində Eskişehir, İzmir, Artvin, Burdur, Sakarya və Adana bölgələrinin folklor nümunələri də səhnələşdirilib. Qaziantep rəqslərinin nümayişi tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Bu çıxış Anadolu Universitetinin xalq mədəniyyətinin qorunmasına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirib.

Festival sonda iştirakçı kollektivlərin rəhbərlərinə və nümayəndələrinə sertifikatların təqdim olunması ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.