Press "Enter" to skip to content

Aleksandar Vuçiç Zakir Həsənovu qəbul edib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir. Səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən “Slobodişte” Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş abidə önünə əklil dəstəsi qoyaraq dərin hörmət və ehtiramını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.