Press "Enter" to skip to content

Konsulluq məsləhətləşmələri aparılıb

Görüş zamanı

BAYRAQDAR MEDİA– Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Avstriya nümayəndə heyətinə isə Konsulluq məsələləri üzrə baş direktorun müavini Rene Amri rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Avstriya Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib, habelə baxılmaqda olan bir sıra sənəd layihələrinə dair ətraflı müzakirələr aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparılıb, o cümlədən Azərbaycan və Avstriya arasında hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər barədə fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.