Press "Enter" to skip to content

Məzunlar illər sonra yenidən bir araya gəldi

Məzunların görüşü

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Məzunlar Birliyi Koordinatorluğu (ANAMEZUN) tərəfindən ilk dəfə təşkil olunan “Anadolu Məzunları Görüşü” müxtəlif illərdə universiteti bitirən məzunları uzun fasilədən sonra yenidən eyni kampusda bir araya gətirib. Tədbirin məqsədi məzunlar arasında həmrəyliyi gücləndirmək, universitetlə əlaqələri qorumaq və ortaq mənsubiyyət hissini möhkəmləndirmək olub.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, görüşdə Anadolu Universitetinin rektoru professor Yusuf Adıgüzel, Eskişehir Texniki Universitetinin rektoru professor Adnan Özcan, Bilecik Şeyx Ədəbalı Universitetinin rəhbərliyi, müəllimlər və çoxsaylı məzunlar iştirak ediblər.

Rektor Yusuf Adıgüzel bildirib ki, universitet 65 ilə yaxındır məzun verir və dünyanın müxtəlif ölkələrində minlərlə uğurlu məzunu fəaliyyət göstərir. Onun sözlərinə görə, ilk dəfə keçirilən bu təşəbbüs Anadolu Universiteti ailəsini yenidən bir araya gətirmək məqsədi daşıyır.

Çıxış edən digər qonaqlar universitetin Türkiyənin ali təhsil sistemində mühüm rol oynadığını və bir çox universitetlərin məhz onun bazasında formalaşdığını vurğulayıblar.

Tədbirdə uzun illər sonra görüşən məzunlar duyğulu anlar yaşayıb, xatirələrini bölüşüblər.

Proqram çərçivəsində plaketlər təqdim olunub, Eskişehir bölgəsinin xalq rəqsləri nümayiş etdirilib və iştirakçılar birlikdə xatirə şəkilləri çəkdiriblər.

Daha sonra məzunlar fakültələrdə təşkil olunan görüşlərdə iştirak edərək universitetlə bağlarını yenidən möhkəmləndirmək imkanı əldə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.