BAYRAQDAR MEDİA – Anadolu Universitetinin İstanbul Tanıtım Ofisi pərakəndə ticarət və elektron kommersiya sahəsinin ən mühüm tədbirlərindən biri olan “Pərakəndə Günləri 2026” sərgisində iştirak edib. İstanbul Haliç Konqres Mərkəzində keçirilən tədbirdə universitet nümayəndələri sektor təmsilçiləri ilə görüşlər keçiriblər.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, Forumda pərakəndə ticarət, elektron kommersiya, rəqəmsal transformasiya, süni intellekt, ödəniş sistemləri və logistika sahəsində fəaliyyət göstərən çoxsaylı qurumlar iştirak ediblər.
Anadolu Universitetinin nümayəndələri ali məktəbin təhsil imkanları və korporativ əməkdaşlıq perspektivləri barədə məlumat veriblər. Görüşlər zamanı universitetin e-Sertifikat proqramları, yeni akademik ixtisasları və çalışanlar üçün peşəkar inkişaf imkanları təqdim olunub. Həmçinin “İkinci Universitet” layihəsi haqqında da ətraflı məlumat verilib.






İlk şərhi yaza bilərsiniz