BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti Türkiyənin ən nüfuzlu akademik platformalarından biri olan Texniki Universitetlər Birliyinə üzv qəbul edilib. Bununla universitet İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Yıldız Texniki Universiteti kimi ölkənin aparıcı ali təhsil ocaqları ilə eyni platformada təmsil olunacaq.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Birliyin əsas məqsədi mühəndislik, memarlıq və fundamental elmlər sahəsində elmi-tədqiqat potensialını gücləndirmək və Milli Texnologiya Hərəkatına töhfə verməkdir: “Yeni üzvlük universitet üçün beynəlxalq layihələr, laboratoriya və infrastruktur paylaşımı, tələbə və müəllim mübadiləsi kimi geniş imkanlar yaradacaq”.






İlk şərhi yaza bilərsiniz