Press "Enter" to skip to content

BDYPİ-dən çağırış

BDYPİ-dən çağırış

BAYRAQDAR MEDİA – Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi “VAZ” markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yoldan çıxaraq ağaca çırpılıb. Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində də oxşar hadisə qeydə alınıb. Belə ki, paytaxt sakini Davud Salamov “Ford” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və yaxınlıqdakı ticarət obyektinə zərər vurub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə deyilir ki, “hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir. Son vaxtlar havaların isinməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq BDYPİ bir daha sürücülərin diqqətinə çatdırıb ki, səhhətlərində ciddi problemlər olduğu təqdirdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinsinlər. Çünki hərəkət zamanı baş verən qəfil səhhət pisləşməsi sürücünün nəqliyyat vasitəsi üzərində nəzarəti itirməsinə, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər”.

BDYPİ səhhətində ciddi problem olan şəxsləri sükan arxasına keçməməyə, ailə üzvlərini isə belə hallara biganə qalmamağa çağırıb. Qeyd edilib ki, unutmaq olmaz ki, bəzən bir nəfərin verdiyi yanlış qərar yolda heç bir günahı olmayan insanların həyatına son qoya bilər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.