Press "Enter" to skip to content

FIFA Dünya Çempionatı İTV ekranlarında

BAYRAQDAR MEDİA – 11 iyun 2026 tarixində başlayacaq futbol üzrə FIFA Dünya Çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya tərəfindən FIFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən şirkətin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləyə bilməsi üçün qrup mərhələsinin 3-cü turunda eyni vaxtda keçiriləcək 12 oyunun CBC Sport-da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq. Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İctimai TV-nin YouTube kanalında canlı yayımlanacaq. Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İctimai TV-nin rəsmi YouTube kanalında canlı təqdim olunacaq. İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək”.

Bildirilib ki, “azarkeşlər hər gün saat 12:30-da “FİFA Günün İcmalı”nı, gecə saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00 aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən maraqlı epizodları, qolları və icmalları İTV-nin YouTube kanalında da təqdim olunacaq. Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.