Press "Enter" to skip to content

Səfir Birol Akgün Mərdəkanda Türk şəhidliyini ziyarət edib

Birol Akgün

BAYRAQDAR MEDİA – Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 156 nömrəli orta məktəbdə olub.

Məktəbin 131 əvvəl böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin inşa etdirdiyi binası 1918-ci ildə Azərbaycan və Türk (Osmanlı) hərbçilərinin Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad olunması zamanı hərbi hospital kimi fəaliyyət göstərib.

Bu barədə səfirlikdən məlumat verilib.

Məlumata görə, səfir Birol Akgün məktəbin həyətində yerləşən Türk şəhidi məzarını ziyarət edib. Məktəbin Qarabağ müharibəsində həlak olmuş məzunlarının xatirə lövhəsi də ziyarət olunub. Azərbaycanın istiqlalı, suverenliyi uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsinə dua oxunub, onların xatirəsi ehtiramla yad edilib.

Məktəbin rəhbərliyi qonağa tədris ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib.

Qeyd edək ki, səfir Birol Akgün 156 nömrəli orta məktəbdə dərs ilinin başa çatmasına həsr olunmuş “Türk dünyasına səyahət” adlı şənliyə də qatılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.