Press "Enter" to skip to content

“Təbii Zəka / NI – Natural Intelligence” sərgisi açılıb

“Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

BAYRAQDAR MEDİA – İyunun 10-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) “Təbii Zəka / NI – Natural Intelligence” adlı sərgi açılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “sərgidə rəssamlar Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil MammadliLenay Seidəli-zadənin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətində yaratdıqları instalyasiyalar, digital art, nano video art və performans əsərlər nümayiş olunur. “Təbii Zəka / NI – Natural Intelligence” layihəsi texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. Ekspozisiyanın əsas mövzularını yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə əlaqəsi və rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma prosesi təşkil edir”.

Ardınca xəbərdə, “layihədə Azərbaycan xalçası yaddaşın, simvolların və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur. Müəlliflər bu qədim sənəti müasir sosial, texnoloji və ekoloji proseslər fonunda yenidən interpretasiya ediblər. Elm və incəsənətin qarşılıqlı əlaqəsini ön plana çıxaran sərgi tamaşaçıları insanın təbiət, öz bədəni, texnologiyalar və mədəni irslə münasibətlərinin necə dəyişdiyi barədə düşünməyə dəvət edir. Layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. Atəş Hub platformasının təsisçisi və mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator Sabina Şıxlinskaya, layihənin kuratoru Sofiya Frank, koordinatoru isə Aqnessa Tariverdiyevadır” deyə bildirilir.

Mədəniyyət Nazirliyi, AMXM və “Yaradıcı Mərkəz”in dəstəyi ilə keçirilən sərgi iyunun 14-dək ziyarətçilər üçün açıq olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.