Press "Enter" to skip to content

“Türk dünyasına səyahət” adlı tədbir keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Bakı şəhəri 156 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçılığı ilə “Türk dünyasına səyahət” adlı tədbir keçirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, tədbir Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə reallaşıb: “Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Begenç Kakajanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev və idarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova iştirak edib”.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və KKTC mədəniyyətini, milli-mənəvi dəyərlərini və mətbəx nümunələrini əks etdirən guşələrə və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, türk dünyasının ortaq tarixi, mədəni irsi və mənəvi dəyərlərinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb, türk dövlətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində bu cür tədbirlərin rolunu xüsusi qeyd ediblər.

Tədbirdə bədii proqram çərçivəsində şagirdlərin ifasında türk dövlətlərinin mədəniyyətini əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.