BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri İtaliyada “Palazzo Mandrilli” Qalereyasında keçirilən “Mənim Dünyam” adlı rəsm sərgisində iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “ümumilikdə 5 sakinin qatıldığı sərgidə ümumilikdə 60-a yaxın uşağın əl işləri nümayiş olunub. Sərgi iştirakçıların yaradıcılıq potensialının üzə çıxarılması, onların incəsənətə marağının təşviq edilməsi, eləcə də müxtəlif ölkələrdən olan iştirakçılar arasında mədəni mübadilənin gücləndirilməsi məqsədi daşıyıb. Tədbir çərçivəsində uşaqlar müxtəlif rəsm nümunələri ilə yaxından tanışlıq imkanı əldə ediblər. Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgidə 10 rəsm əsəri ilə təmsil olunan müəssisə sakinləri sertifikatlarla təltif olunublar”.






İlk şərhi yaza bilərsiniz