Press "Enter" to skip to content

10 yaşlı azərbaycanlı Romada dünya birincisi olub

10 yaşlı azərbaycanlı Romada dünya birincisi olub

BAYRAQDAR MEDİA – “Dünya Məktəbi”nin 5-ci sinif şagirdi, 10 yaşlı Ali Aslanov İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq STEM Olimpiadasında böyük uğura imza atıb.

BAYRAQDAR MEDİA xəbər verir ki, “o, 3–11-ci sinif şagirdləri arasında təşkil olunan yarışda kodlaşdırma istiqaməti üzrə Azərbaycanı uğurla təmsil edərək dünya birincisi adına layiq görülüb. A.Aslanov bundan əvvəl də Rumıniya, ABŞ, Niderland və Türkiyədə keçirilən beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edib, müxtəlif mükafatlar və yüksək nəticələr əldə edib”.

Qeyd edək ki, A.Aslanovun beynəlxalq STEM Olimpiadasına hazırlığını müəllimi Murad Əliyev keçib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.