Press "Enter" to skip to content

KKTC-də seçki sisteminə dair yanaşma

Proqramdan foto

Özdemir Tokel: Qarışıq səsvermə sistemi rasional yanaşma ilə müzakirə olunmalıdır

BAYRAQDAR MEDİA – “Qarışıq səsvermə sistemi seçiciyə daha geniş seçim imkanı yaratsa da, eyni zamanda partiya intizamını zəiflədə və çoxlu sayda səsin etibarsız hesab edilməsinə səbəb ola bilər”.

Bunu siyasi kommunikasiya üzrə mütəxəssis Özdemir Tokel KIBRIS TV-də yayımlanan “Kıbrıs’ta Gündem” proqramında Eda Alisiananoğlunun suallarını cavablandırarkən deyib.

Qarışıq səsvermə sistemi ilə bağlı da fikirlərini bölüşən Tokel bildirib ki, bu məsələ ideoloji və ya səthi müzakirələrlə deyil, rasional yanaşma ilə qiymətləndirilməlidir.

Onun sözlərinə görə, qarışıq səs verən bir çox vətəndaşın iradəsi texniki səhvlər səbəbindən nəticələrdə tam əks olunmur: “Çoxlu sayda səs etibarsız sayılır. Bu vəziyyət sağlam şəkildə dəyərləndirilməlidir.”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.