Press "Enter" to skip to content

752 illik sirr

Haznedar məscidi

BAYRAQDAR MEDİA – Eskişehirin Sivrihisar rayonundakı Haznedar məscidi 752 illik tarixi və Anadolunun ilk miniatür Kəbə freskası ilə diqqət çəkir. 1274-cü ildə Anadolu Səlcuqlu dövründə maliyyə naziri Necipəddin Mustafa Əfəndi tərəfindən inşa etdirilən məscid bu günədək orijinal görkəmini qoruyub saxlayıb.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumatda deyilir ki, tikilinin ən diqqətçəkən xüsusiyyətlərindən biri minarəsinin olmamasıdır: “Haznedar məscidi həm memarlıq üslubu, həm də mənəvi atmosferi ilə dini turizmin mühüm məkanlarından biri hesab olunur. Məscidin imamı Mustafa Öztürk bildirib ki, bina həm məscid, həm də mədrəsə kimi fəaliyyət göstərdiyi üçün minarəsiz inşa edilib. O, bu tarixi abidənin Anadolu Səlcuqlularının qiymətli irslərindən biri olduğunu vurğulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.