Press "Enter" to skip to content

CASCFEN təmsilçisi beynəlxalq forumun iştirakçıları arasındadır

III Türk Dünyası Yay Forumunun iştirakçıları

BAYRAQDAR MEDİA – Beynəlxalq əlaqələrini genişləndirən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi bu sırada türk dünyası ilə əlaqələrin daha da dərinləşməsinə xüsusi önəm verir. İctimai Birliyin yeni strategiyasına uyğun olaraq bu istiqamətdə həmçinin beynəlxalq təlim proqramları və təhsil layihələrində də iştirak istiqamətində davamlı addımlar atılır.

TDT Baş katibi Kubanıçbek Ömüralıyevlə xatirə fotosu
Kubanıçbek Ömüralıyevlə xatirə fotosu

Belə ki, hazırda İstanbulda Türk Dövlətləri Təşkilatının himayəsi və Türkiyənin İbn Haldun Universitetinin ev sahibliyi ilə keçirilən III Türk Dünyası Yay Forumunun iştirakçıları arasında CASCFEN sədrinin beynəlxalq təlim proqramları və təhsil layihələri üzrə müşaviri Xuraman Əkbərova da var.

Xuraman Əkbərova Forum çərçivəsində Türk Dövlətləri Təşkilatının Katibliyinə təşkil edələn səfər heyətində olub və Baş katib səfir Kubanıçbek Ömüralıyevlə görüşdə də iştirak edib.

Tədbirdən daha bir xatirə fotosu - DASAM başqanı Mehmet Gökan Özçubukçu ( sağda), Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Nuri Quliyev və Xuraman Əkbərova
Tədbirdən daha bir xatirə fotosu – DASAM başqanı Mehmet Gökan Özçubukçu ( sağda), Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Nuri Quliyev və Xuraman Əkbərova

CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, X.Əkbərova Forumda aktiv iştirak etməklə yanaşı, ikitərəfli və çoxtərəfli görüşlərdə təşkilatla bağlı tədbirin xarici qonaqlarına ətraflı məlumat da çatdıracaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.