Züleyha Karamanın yeni kitabl işıq üzü görüb
BAYRAQDAR MEDİA – Kuzey Kıbrısın Xarici Mətbuat Birliyi İdarə Heyətinin üzvü, jurnalist Züleyha Karamanın qələmə aldığı “Türk əsgərinin Klbrısa gəlməsini təmin edən adam” adlı beşinci kitab nəşr olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verib.
Bildirilib ki, kitabda Kıbrıs türk xalqının varlıq uğrunda mübarizəsi, eləcə də qurucu Prezident Rauf Raif Denktaşın liderlik baxışı və türk əsgərinin yenidən Kiprə gəlməsini təmin etmək üçün apardığı mübarizə əks olunur.
Yaxın tarix, bioqrafiya, araşdırma və təhlil janrında qələmə alınan kitab Ankarada Berikan Nəşriyyatı tərəfindən çap edilib.
Kitab Lefkoşada Işık Kitabevi və Deniz Plaza kitab mağazalarında, Türkiyədə isə internet vasitəsilə oxuculara təqdim olunur.
Müəllif qeyd edib ki, “nəşrdə Kıbrıs türk xalqının müqavimətdən dövlət quruculuğuna uzanan müstəqillik hekayəsi, Rauf Denktaşın həyatının Kipr türklərinin varlıq mübarizəsi ilə necə vəhdət təşkil etməsi, onun əzmkarlığı və apardığı mübarizənin haqlılığına sarsılmaz inamı, Türkiyənin qarantorluğu ilə bağlı aparılan danışıqlar və türk əsgərinin yenidən Kıbrısa gəlməsini təmin etmək üçün göstərdiyi gərgin səylər ətraflı şəkildə təqdim olunur. Bundan başqa, kitabda Denktaşın “faktiki təminat” prinsipində israr etməsinin səbəbləri, Ankaraya yola düşməzdən əvvəl oğlu Münürlə son söhbəti, Münürün yaddaşında əbədi qalan sözlər və atasının dəfn mərasimində iştirak edə bilməməsi, həmçinin Denktaşın fədakarlığı, yumor hissi, tənhalığı və qəlbinin dərinliklərində gizlətdiyi ağrılarla yanaşı, bir sıra aktual mövzular da yer alır”.






İlk şərhi yaza bilərsiniz