BAYRAQDAR MEDİA – “Azərbaycan Hava Yolları” (AZAL) və “Sea Breeze” sərnişinlər üçün yeni lotereya kampaniyasına başlayır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, ”“Səma və dəniz” adlı lotereya çərçivəsində AZAL Miles loyallıq proqramının iştirakçıları müxtəlif hədiyyələr, o cümlədən “Sea Breeze”də mənzil qazanmaq imkanı əldə edəcəklər. Kampaniya 8 iyul–8 sentyabr 2026-cı il tarixlərini əhatə edir. Ltereyanın yekun tirajı isə 28 sentyabr 2026-cı il tarixində keçiriləcək. Lotereyada iştirak etmək üçün sərnişinlərin AZAL Miles loyallıq proqramının üzvü olması və şəxsi kabinetdə yerləşdirilmiş xüsusi bölmədə kampaniyanın şərtləri ilə tanış olaraq iştiraklarını təsdiqləmələri kifayətdir”.
Daha sonra xəbərdə, “iştirakçılar kampaniya müddətində müxtəlif əməliyyatlar həyata keçirərək lotereyada iştirak üçün şanslar əldə edə bilərlər. Bu şanslar AZAL Miles proqramına qoşulmaq, uçuş milləri toplamaq və ya istifadə etmək, eləcə də AZAL Miles nömrəsi ilə aviabilet almaq kimi fəaliyyətlərə görə verilir. Toplanan bütün şanslar iştirakçının şəxsi kabinetində yaradılmış xüsusi lotereya səhifəsində elektron şəkildə əks olunur. Lotereya çərçivəsində ümumilikdə 100 qalib elektron qaydada təsadüfi seçim əsasında müəyyən ediləcək və nəticələr AZAL-ın rəsmi kommunikasiya kanalları vasitəsilə elan olunacaq. Qalib iştirakçılarla əlavə olaraq telefon zəngi və ya elektron bildiriş vasitəsilə əlaqə saxlanılacaq. Stimullaşdırıcı lotereyada iştirak şərtləri və uduş fonduna daxil olan hədiyyələr ilə AZAL Miles şəxsi kabinetində tanış olmaq mümkündür” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz