BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Abşeron Sosial Xidmət Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunmuş benefisiarlar üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iştirakçılar park ərazisində nümayiş etdirilən hərbi texnika və qənimətlərlə tanış olublar. Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbə yolu və qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat əldə ediblər. Ekskursiya benefisiarlarda vətənpərvərlik hissini gücləndirmək, milli qürur hissini formalaşdırmaq, həmçinin onların sosial, emosional və psixoloji inkişafına dəstək göstərmək məqsədi daşıyıb”.
Bu cür tədbirlər benefisiarların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və tarixi-mənəvi dəyərlərin aşılanması məqsədilə mütəmadi olaraq təşkil edilir.






İlk şərhi yaza bilərsiniz