BAYRAQDAR MEDİA – Çanakkale On səkkiz Mart Universitetinin (ÇOMÜ) Lapseki Peşə Məktəbində 2025–2026-cı tədris ilinin məzuniyyət mərasimi böyük təntənə ilə keçirilib. Tədbirdə rayon rəhbərliyi, universitet rəhbərliyi, akademik və inzibati heyət, eləcə də məzunların ailə üzvləri iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, mərasim Türkiyənin Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla başlayıb, daha sonra məzunlar adından fakültə birincisi Büşra Elif Gündüz çıxış edib.
Açılış nitqində məktəbin direktoru professor Engin Gür məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Universitetin rektoru professor Ramazan Cüneyt Erenoğlu isə ÇOMÜ məzunu olmağın böyük üstünlük olduğunu vurğulayaraq gənclərin universiteti layiqincə təmsil edəcəklərinə inandığını bildirib.
Daha sonra rayon rəhbərləri də çıxış edərək məzunlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbir çərçivəsində fərqlənən tələbələrə diplom, plaket və müxtəlif mükafatlar təqdim olunub.
Mərasim ənənəvi kepatma mərasimi və iştirakçılar üçün təşkil olunan ziyafətlə başa çatıb.






İlk şərhi yaza bilərsiniz