BAYRAQDAR MEDİA – Kars Selim Dərnəyi tərəfindən bu il ilk dəfə təşkil olunan Selim Yay Festivalı geniş iştirakla keçirilib. Festivalda AK Partiyanın Kars millət vəkili Adem Çalkın, Selim rayonunun kaymakamı Mehmet Ali Semiz, Selim bələdiyyəsinin sədri Barış Koç, AK Partiyanın Kars vilayət sədri Muammer Sancar və çoxsaylı rayon sakinləri iştirak ediblər.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində vətəndaşlarla görüşən millət vəkili Adem Çalkın festivalın birlik, həmrəylik və qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət etməsini arzulayıb: “O, tədbirin təşkilində əməyi olan Kars Selim Dərnəyinin rəhbərliyinə təşəkkürünü bildirib. Musiqili proqramlar, müxtəlif əyləncələr və səmimi söhbətlərlə müşayiət olunan festival rəngarəng anlarla yadda qalıb”. Mılumata görə, ilk dəfə keçirilən tədbir rayon sakinlərini eyni məkanda bir araya gətirib. Festivalın Selimdə ictimai həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyi qeyd olunub.






İlk şərhi yaza bilərsiniz