Press "Enter" to skip to content

Belə bir rəqəmsal platformanın yaradılması artıq zərurətə çevrilib

Ersin Güzel

Ersin Güzel: Bu rəqəmsal şəbəkə sayəsində coğrafi məsafələr aradan qalxacaq, türk dünyası gəncləri arasında əməkdaşlıq isə daha möhkəm təməl üzərində inkişaf edəcək

BAYRAQDAR MEDİA – “Müasir dövrdə rəqəmsal kommunikasiya gənclərin davamlı əlaqə saxlaması üçün əvəzolunmaz vasitəyə çevrilib. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının iclasında Təşkilatın Baş katibi Azər Allahverənov bu istiqamətdə mühüm baxış ortaya qoyub. Toplantıda əsas məqsəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatlarını və vətəndaş cəmiyyəti institutlarını vahid rəqəmsal infrastruktur çərçivəsində bir araya gətirmək idi”.

Bunu Dünya Türk Gəncləri Birliyinin rəhbəri Ersin Güzel AZƏRTAC-a müsahibəsində deyib.

O, qeyd edib ki, yaxın vaxtlarda Türkiyədə professor Kürşat Zorlunun təşəbbüsü ilə keçirilən TÜDSES proqramını da həmin baxışın ilk praktik nümunələrindən biri hesab etmək olar: “Bakıda yaradılması nəzərdə tutulan rəqəmsal koordinasiya mərkəzi vasitəsilə TÜDSES kimi bütün Türk dünyası vətəndaş cəmiyyəti təşkilatları bir-biri ilə birbaşa əlaqə qura, birgə layihələr hazırlaya, tədbirlər təqvimini paylaşa və davamlı informasiya mübadiləsi apara biləcəklər. Toplantılarımızda vurğulanan ortaq fəaliyyət prinsipi də göstərir ki, belə bir rəqəmsal platformanın yaradılması artıq zərurətə çevrilib. Bu rəqəmsal şəbəkə sayəsində coğrafi məsafələr aradan qalxacaq, türk dünyası gəncləri arasında əməkdaşlıq isə daha möhkəm təməl üzərində inkişaf edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.