BAYRAQDAR MEDİA – Elazığın Karakoçan rayonunda təbii həyatın qorunması və ekoloji tarazlığın dəstəklənməsi məqsədilə təbiətə 300 qırmızıayaqlı kəklik buraxılıb. Tədbir Elazığ Təbiətin Mühafizəsi və Milli Parklar İdarəsinin koordinasiyası ilə həyata keçirilib.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumata görə, kəkliklərin təbiətə buraxılması proqramında Karakoçan Gənc Ovçular Dərnəyinin sədri Ömər Faruk İnce də iştirak edib: “Müəyyən edilmiş ərazilərə buraxılan quşların bölgənin biomüxtəlifliyinin zənginləşməsinə mühüm töhfə verəcəyi bildirilir. Qırmızıayaqlı kəkliklər xüsusilə gənələrin və şam meşələrinə zərər vuran tırtılların sayının təbii yollarla tənzimlənməsində mühüm rol oynayır. Bu baxımdan layihə ekosistemin qorunması üçün əhəmiyyətli addım kimi qiymətləndirilir”.
Məlumatda deyilir ki, səlahiyyətli şəxslər vətəndaşları təbiətə buraxılan kəklikləri ovlamamağa və vəhşi təbiətin qorunmasına həssas yanaşmağa çağırıblar. Həyata keçirilən tədbirin həm təbii həyatın mühafizəsi, həm də bioloji mübarizə baxımından mühüm nəticələr verəcəyi gözlənilir.






İlk şərhi yaza bilərsiniz