BAYRAQDAR MEDİA – Süleyman Demirəl Universitetinin Gözəl Sənətlər Fakültəsinin müəllimi Ayşən Çamın hazırladığı “Odun Estetikası: Simurq” adlı fərdi sərgi açılıb. Sərgidə raku texnikası ilə hazırlanmış 15 keramika əsəri nümayiş etdirilir.
Universitetin məlumatına əsasən, sərginin əsas mövzusu oddan yenidən doğulan Simurq quşudur. Əərlərdəki hər çat mübarizəni, hər iz isə yenilənmə və dönüşümü simvolizə edir.
Ayşən Çam qeyd edib ki, bu əsərlər insanla təbiət arasındakı qədim bağın yenidən doğuluşuna diqqət çəkir. Sərgi iyulun 20-dək ziyarətçilər üçün açıq olacaq.






İlk şərhi yaza bilərsiniz