BAYRAQDAR MEDİA – 2026–2027-ci illərin Şeyx Edabali Anım İli elan edilməsi çərçivəsində Bilecikdə turizmin inkişafına dair mühüm görüş keçirilib. Bilecik Mədəniyyət və Turizm İdarəsinin müdiri Kürşat Bozkurt Eskişehir TÜRSAB nümayəndələri və turizm agentliklərinin təmsilçiləri ilə bir araya gəlib.
Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı Şeyx Edabaliyə həsr olunan tur marşrutlarının hazırlanması, Bilecik turizminin inkişaf etdirilməsi və bölgəyə turist axınının artırılması istiqamətində fikir mübadiləsi aparılıb: “Tərəflər şəhərin zəngin tarixi və mədəni irsinin daha geniş auditoriyaya tanıdılması yollarını müzakirə ediblər. Bununla yanaşı, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi və Şeyx Edabalinin mənəvi irsinin gələcək nəsillərə çatdırılması üçün həyata keçirilə biləcək layihələr nəzərdən keçirilib. Görüşün Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə təşkil olunduğu bildirilib”.
Eskişehir turizm sektoru nümayəndələrinin dəstəyinin Bilecik turizmi üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, bu əməkdaşlıq şəhərin turizm potensialının daha səmərəli qiymətləndirilməsinə töhfə verəcək.






İlk şərhi yaza bilərsiniz