BAYRAQDAR MEDİA – 10-12 iyul tarixlərində Gürcüstanın Poti şəhərində akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Su İdman Növləri Federasiyasından daxil olub.
Xəbərdə qeyd olunur ki, “Federasiya turnirdə 12 nəfərlik heyətlə mübarizə aparacaq. Akademik avarçəkmədə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov, İsabala Dadaşzadə Azərbaycanı təmsil edəcək. Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov kanoe qayığında mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə heyətdə yer alacaq”.
Komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcək.






İlk şərhi yaza bilərsiniz