Press "Enter" to skip to content

“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi – VİDEO

“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi

BAYRAQDAR MEDİA – Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə MMU-nun rəhbərliyi institutun həyətində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə və şəhidlərin xatirə kompleksinə gül dəstələri qoyub, öz ehtiramlarını nümayiş etdiriblər. Zabit və müəllim heyətinin iştirakı ilə davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib”.

Ardınca xəbərdə, “tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov məzunları təbrik edərək onlara təqdim olunan “leytenant” hərbi rütbəsi təkcə fərqlənmə nişanı deyil, eyni zamanda Vətən qarşısında böyük məsuliyyətin, zabit şərəfinin, liderlik keyfiyyətlərinin və hərbi anda sədaqətin rəmzi olduğunu bildirib. Rektor vurğulayıb ki, məzunlar bu gündən etibarən Azərbaycan Ordusunun zabit heyətinin sıralarına qoşularaq dövlətin və xalqın yüksək etimadını doğrultmalı, xidmətdə peşəkarlıq, yüksək intizam və vətənpərvərlik nümunəsi göstərməlidirlər. Göstərilən diqqət və qayğıya görə Prezidentə və MN-in rəhbərliyinə minnətdarlıqlarını bildirən gənc zabitlər Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər. Kurs birincisi leytenant Məhəmməd Həsənov tərəfindən rəmzi yaş kötüyünə emblem vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib” deyə bildirilir.

Buraxılış mərasimi xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.