Press "Enter" to skip to content

Enerji auditorlarına ixtisas attestatı verilib

Enerji auditorlarına ixtisas attestatı verilib

BAYRAQDAR MEDİA – “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanundan irəli gələn tələblərə uyğun olaraq keçirilmiş attestasiyanın 3 nəfər qalibi müəyyən edilib və onlara enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatları təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə cari ilin 29-30 iyun tarixlərində keçirilmiş attestasiyada hər iki ixtisas kateqoriyası üzrə 6 hüquqi şəxs tərəfindən 8 fiziki şəxsin namizədliyi təqdim edilib. Onlardan “Prime Energy Consulting” MMC-nin nümayəndələri Ağazadə Mircəfər Ağasəfər oğlu, Novruzlu Röyal Ehtiram oğlu və “MSN Enerji Xidmətləri” MMC-nin nümayəndəsi İmanov Şahin Elçin oğlu uğur qazanıb”.

Sonra xəbərdə, “enerji auditi xidmətləri göstərən hər iki təşkilatın nümayəndələrinə enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatları təqdim edilib. Təqdimat zamanı enerji resurslarından səmərəli istifadə, itkilərin azaldılması və səmərəliliyin artırılması baxımından enerji auditorlarının peşkar fəaliyyətinin mühüm əhəmiyyətindən danışılıb, auditlərin müəssisə və binalarda enerji istehlakının təhlili, itkilərin müəyyənləşdirilməsi və qənaət potensialının üzə çıxarılması üçün vacib alət olduğu vurğulanıb. Məcburi enerji auditi subyektləri üzrə proseslər və qarşıda duran planlarla bağlı fikir mübadiləsi aparılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.